Könül istər şeir yaza...

Hazırda oxunan: Könül istər şeir yaza...

117306
Mənim Azərbaycan ədəbiyyatı qarşısında çox böyük xidmətlərim olub. Yazdıqlarıma görə yox, yazmadıqlarıma görə... Həm də yüzlərlə adamı şeir yazmaqdan çəkindirdiyimə görə...

Əslində, şeirlərim hələ gənclik illərindən diqqəti cəlb eləmişdi, Rəsul Rza, Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Fikrət Sadıq kimi tanınmış qələm sahibləri yaradıcılığıma xeyir ”“ dua vermişdilər. Amma xalqımızın kütləvi şairləşməsi məni çox narahat edirdi. Özüm yaza ”“ yaza başqasına necə “Yazma!”x9d deyə bilərdim? Şəxsi nümunə göstərmək lazım idi...
Redaksiyamıza Lənkərandan bir müəllim gəlirdi... Bir qovluq şeir gətirirdi, bir zənbil balıq...
Şamaxıdan bir aqronom gəlirdi... Bir qovluq şeir gətirirdi, on litr şirin çaxır...
Qubadan bir partiya işçisi gəlirdi... Bir qovluq şeir gətirirdi, bir səbət alma...
Polisdə, prokurorluqda, tikintidə, fabrikdə, zavodda işləyənlər, meşəbəyilər, dənizçilər şeir yazırdılar... Redaksiyaya gəlib bu şeirləri oxumağımı təkid edirdilər. Oxuyub başımı bulayırdım, yox deyirdim. Bəziləri küsüb gedirdilər, bir qismi isə dirəşirdi, gətirdiyi bir qucaq qəzet ”“ jurnalı qabağıma töküb hay-həşir salırdı: ”x9dŞeirlərim zəif olsaydı, dərc edilməzdi ki...”x9d Mənə hətta nəşr olunan kitablar da göstərirdilər. Götürüb vərəqləmədən burnuma yaxınlaşdırırdım, görürdüm ki, bu kitablardan poeziya ətri əvəzinə balıq, çaxır qoxusu gəlir... Təpədən ”“ dərnağadək şair olan dostlarımın qovluqlarının nəşriyyatlarda itib ”“ batdığını, üstünü ayların, illərin tozu basdığını xatırlayıb təəssüf hissi keçirirdim...
Torpaqlarımız işğal olundu... Vətən həsrəti, yurd həsrəti əhalimizin yerdə qalanının da duyğularını oyatdı, şeir yazmayanlar da yazmağa başladılar. Mənim də zəhmətim hədər getdi, pis yazıçı olmaqdansa, yaxşı oxucu olmağı tövsiyə etdiyim adamlar yenidən qələmə sarıldılar. Yazdılar, yazdılar, şair olduqlarına inandılar. Bu yandan da, daha qovluğunu qoltuğuna vurub redaksiyalara da getməyə ehtiyac qalmadı, sosial şəbəkədə bir səhifə aç, ağlına və ağzına gələni nəzmə çək, sırı camaata...
Hamı şeir yazır. Qadını da, kişisi də. Qocası da, cavanı da. Yalançı poeziya, aldadıcı şöhrət. Ədəbi oğurluq da baş alıb gedir. Hətta klassiklərimizin şeirlərini, qəzəllərini öz adlarına çıxanlar da var.
Şairlərə qarşı yox, şeir yazanlara qarşı mübarizə apardığım illərə hayıfım gəldi. Çəkdiyim zəhmət hədər getdi. Bilsəydim axırı belə olacaq, özümü lənkəranlı müəllimin gətirdiyi balıqdan, şamaxılı aqronomun gətirdiyi çaxırdan, qubalı partiya işçisinin gətirdiyi almadan məhrum eləməzdim...
Atalar məsəlidir, deyir, palaza bürün, elnən sürün. Hamı şeir yazır, mən niyə ötən illərə, bir şeirimdə təsvir etdiyim kimi, poetik duyğularla dolu gəncliyimin sahillərinə qayıtmayım?..

Məzahir Süleymanzadə, tanınmışxa0publisist-jurnalist

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin