"Ölkəni böhrandan çıxarmaq üçün Harvard məzunu olmaq şərt deyil"

Hazırda oxunan: "Ölkəni böhrandan çıxarmaq üçün Harvard məzunu olmaq şərt deyil"

115479
"Azərbaycanda xa0“100 nəfər Harvard məzunu olsaydı ölkə heç vaxt bu günkü böhranı yaşamazdı”x9d.

Bunu eks maliyyə naziri, iqtisadçı ekspert, professor Saleh Məmmədov deyib.xa0

Ölkəmizdə tanınmış Harvard məzunlarından olan eks siyasi məhbus Bəxtiyar Hacıyev məsələ ilə bağlı Moderator.az -a açıqlama verib:

"Ölkənin bu böhranı yaşamaması üçün Harvard məzunlarının olması vacib deyil. Azərbaycanda da təhsil almış insanların, dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil almış insanların da arasında kifayət qədər təcrübəsi, biliyi olan ekspertlər, şəxslər var. Bundan başqa, ölkənin bu böhranı yaşamamasını istəyənlər zamanında dünyanın müxtəlif qurumlarının, ekspertlərinin tövsiyyələrini dinləməli idilər. Məsələn, mən ABŞ-da təhsil aldığım zaman bizim professorlardan biri Rikardo Haussman demək olar ki, hər həftə, hər dərsdən öncə hansısa ölkənin baş naziri, maliyyə naziri, yaxud iqtisadi inkişafdan məsul rəsmi şəxslərlə nahar edir, onlar ABŞ-ın belə tanınmış, nüfuzlu iqtisadçılarından öz ölkələrinin gələcəyi ilə bağlı məsləhətlər istəyirdilər. Ancaq Azərbaycan rəsmiləri nəinki onu dinləmək, hətta siyasi səbəblərə görə onun Azərbaycandakı tədbirlərdən birinə dəvətini də ləğv etmişdilər. xa0

Zənnimcə, indi də gec deyil. 2015-ci ildə Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanda kifayət qədər aktiv, təhsilli, təcrübəli şəxslər bir yerə toplanaraq, onlara yüksək məvacib, yaxşı iş şəraiti təklif edilərək Əməliyyat Komitəsi yaradılmışdı. İndi o gənclərin bir çoxu işsizdir. Düşünürəm ki, ölkənin böhrandan çıxması üçün alternativ yollar axtarmaq Avropa Oyunlarının təşkilindən daha vacibdir. Buna görə də, hökümət eyni şərtlər, eyni şəraitdə ölkənin böhrandan çıxa bilməsi üçün alternativ bir təşəbbüs qrupu formalaşdırmalıdır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin