Moderator.az xəbər verir ki, Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü və Hüquq Komissiyasının sədri, ədliyyə generalı Vidadi Mirkamalın 61 yaşı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Bu gün mənim üçün çox əziz olan bir insanın doğum günüdür. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü və Hüquq Komissiyasının sədri, ədliyyə generalı Vidadi Mirkamalın 61 yaşı tamam olur. Vidadi bəy Azərbaycanın ən tanınmış və nüfuzlu hüquqşünaslarından biri, yüzlərlə dəyərli hüquq adamının müəllimidir. Onun Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rol, demokratiya və insan hüquqları sahəsində yorulmadan, usanmadan, bir an belə tərəddüd etmədən qətiyyətlə, inamla getdiyi yol, apardığı şərəfli mübarizə gənc nəslə gerçək bir örnəkdir. Vidadi bəy çox böyük və nüfuzlu bir ailənin, nəslin övladı, indi isə artıq ağsaqqlıdır. Bu ailə ilə mənim ailəmin dostluğu hələ mən dünyaya gəlməmişdən çox əvvələ təsadüf edir. Atam həmişə bu ailənin, bu nəslin gəncəlilər tərəfindən bir ocaq kimi sevildiyindən, dəyərləndirildiyindən danışır. Bu gün Vidadi bəy təkcə öz ailəsinin, nəslinin, Milli Şuranın ağsaqqalı statusundan daha yüksək bir məqama yetişib. O, millətimizin yoluna çıraq tutan, onu işıqlı gələcəyə yönləndirən say-seçmə ziyalılarımızdandır. Getdiyi bu nurlu, işıqlı yolda əziz Vidadi bəyə möhkəm can sağlığı və bol-bol uğur arzulayıram. Yolunuz daim açıq olsun!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.