“Azərişıq”x9ddan Nardaran açıqlaması - Sayğacı olanların işığı yanacaq

Hazırda oxunan: “Azərişıq”x9ddan Nardaran açıqlaması - Sayğacı olanların işığı yanacaq

109768
Havanın soyuması, Nardaranda isə qazın və işığa görə borcun olması səbəbindən kəsilməsi insanların həyatında problem yaradıb.

Moderator.az-ın məlumatına görə, “Azərişıq”x9d Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ans-ə bildirib ki, Nardaran qəsəbəsində əhalinin enerji təminatını bərpa etmək üçün addımlar atılıb.

Nardaran qəsəbəsində olan 67 trasformatordan 7-sini qidalandırmaq üşün hazır vəziyyətə gətirilib. Sabah səhərdən başlayaraq, xüsusi qərargaha gəlib “Azərişıq”x9dla yeni müqavilə bağlayan və bununla SMS tipli sayğacların quraşdırılmasına razılıq verən hər bir sakinin evinin elektrik enerjisi bərpa ediləcək.

Azərişıq rəsmisi deyib ki, artıq 300 evə sayğac quraşdırılıb:

“Təbii ki, əhali sayğaclara yüklədikləri vəsait qədər işıq ala biləcək. Amma bundan əvvəl işığı kəsilən hər bir sakin bundan əvvəlki borcunu da rəsmi olaraq tanımalıdır”x9d.

Qəsəbə sakinlərinin bundan əvvəlki külli miqdarda olan borclarına gəlincə, “Azərişıq”x9ddan bildiriblər ki, bu məsələ hələ tam həll olunmamış qalır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə, həmin borcların, həcmə görə ödəniş qrafikinə salınaraq hissə-hissə, uzun müddətə ödəniləcəyi istisna edilmir.

Xatırladaq ki, noyabrın 27-də Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

Qəsəbədə elektrik enerjisinin verilişi dayandırılması məlum son hadisələrə heç bir aidiyyatı yoxdur. Qurum rəsmisi bildirib ki, noyabrın 20-də “Azərişıq”x9d ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdi.

“Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”x9d.

Tanrıverdi Mustafayev onu da qeyd etmişdi ki, abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin