Qazdan zəhərlənən akademikin həyat yoldaşı evə buraxılacaq

Hazırda oxunan: Qazdan zəhərlənən akademikin həyat yoldaşı evə buraxılacaq

108934
Bir neçə gün əvvəl həyat yoldaşı, akademik Tofiq Hacıyevlə birgə dəm qazından zəhərlənən Tamara Hacıyeva bu gün evə buraxılacaq. 

1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən modern.az-a verilən məlumata görə, zəhərlənmə nəticəsində dünyasını dəyişən akademikin həyat yoldaşının vəziyyəti yaxşıdır:

“Özünə gəlib, vəziyyəti stabildir. Hələ ki reanimasiyadadır, palataya köçürülməyib. Amma bu gün müayinə edildikdən sonra evə göndərilməsi gözlənilir”x9d.  

Şöbədən onu da bildiriblər ki, Tamara Hacıyevaya akademikin öldüyü barədə məlumat da verilməyib.   Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək vəfat edib. Onun həyat yoldaşı isə evdə huşsuz vəziyyətdə tapılıb.    
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin