Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Trend-ə kənd ağsaqqalı hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov, hacı İlqar və başqaları da iştirak edirlər. Məlumata görə, sakinlərdən asayişə riayət etmələri xahiş olunub.
Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: "Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".






























































































