Vasif Talıbovun oğlu deputat seçilib - FOTO

Hazırda oxunan: Vasif Talıbovun oğlu deputat seçilib - FOTO

105528

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə seçilən deputatlar arasında Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da var.

Moderator.az report-a istinadən xəbər verir ki, S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Ümumilikdə, deputatların sayı 45-dir.

S.Talıbov London Universitetində ali təhsil alıb. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov, həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının Şura üzvüdür.

Vasif Talıbovun oğlu deputat seçilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin