Azərbaycanda yeni "rəqəmsal səyyah" viza altnövünün təsis edilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bundan başqa, Proqramda hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi, hədəf turizm bazarlarından gəlmə turizmi təşviq etmək məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması (Ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqinin təmin edilməsi), gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi, gəlmə turizmi məqsədilə elektron viza (sərhəddə viza daxil olmaqla) rejimi tətbiq edilən ölkələrin sayının artırılması, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və iqtisadiyyatın əlaqəli sahələrinin inkişaf siyasətləri ilə qarşılıqlı əlaqələndirilməsini təmin edən uzlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi öz əksini tapıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 20.08.2026
Azərbaycanda yeni viza altnövü TƏSİS EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanda yeni viza altnövü TƏSİS EDİLƏCƏK
Hazırda oxunan: Azərbaycanda yeni viza altnövü TƏSİS EDİLƏCƏK
632129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































