Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Hazırda oxunan: Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

632116

Ağcaqanadlarla mübarizədə tamamilə yeni texnologiya hazırlanıb. Yeni sistem həşəratları havada aşkarlayaraq lazer şüası ilə məhv edir.

Bizim.Media xəbər verir ki, Çin alimlərinin hazırladığı sistem radar vasitəsilə havada uçan ağcaqanadları müəyyənləşdirir, onların yerini dəqiqləşdirir və lazer şüasını birbaşa hədəfə yönəldir.
 

Yeni texnologiya müəyyən ərazinin ağcaqanadlardan operativ şəkildə təmizlənməsinə imkan verir. Sistemin mühüm üstünlüklərindən biri ağcaqanadların məhv edilməsi zamanı kimyəvi vasitələrdən istifadə olunmamasıdır.


Bildirilir ki, texnologiya gələcəkdə ağcaqanadlara qarşı geniş istifadə edilən ənənəvi insektisidlərə alternativ ola bilər. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin