AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA

Hazırda oxunan: AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA

105195
Rusiyaya məxsus Airbus A 321 təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasından sonra bir sıra ölkələr Şarm-Əl-Şeyxə təyyarə reyslərini təxirə salırlar. Sərnişinlərin təhkükəsizliyi baxımından onlar Misirin məşhur turizm məkanı olan Şarm-Əl-Şeyxə uçuşları dayandırmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Şarm-Əl-Şeyx eyni zamanda Azərbaycan vətəndaşlarının da istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Bu dəhşətli qəzadan sonra “Azərbaycan Hava Yolları”x9dnın (AZAL) təyyarələri bu istiqamətdə hərəkət edirmi? Son hadisələr uçuşlara təsir edibmi?  

“Azərbaycan Hava Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Modern.az-a bildirib ki, onların bu istiqamətdə təyyarə reysləri  yoxdur:

“Bizim bu istiqamətdə reyslərimiz yoxdur. Ümumiyyətlə, bizim uçuş istiqamətləri üzrə heç bir təhlükə yoxdur və sərnişinlərimizin təhlükəsizliyi tam təmin edilib”x9d.  

Şarm-Əl-Şeyxdən Sankt-Peterburq şəhərinə uçan Airbus A 321 təyyarəsi oktyabrın 31-də qəzaya uğrayıb. Sinay yarımadasında yerə düşən hava gəmisindəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.  

Bəzi mənbələr təyyarənin texniki səbəbdən qəzaya uğradığını, digərləri isə terror aktı nəticəsində, daha konkret İŞİD terror təşkilatı tərəfindən vurulduğunu və ya partladıldığını iddia edirlər.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin