Rusiyanın “boz kardinalı” Bakıda - səfərin mümkün səbəbləri

Hazırda oxunan: Rusiyanın “boz kardinalı” Bakıda - səfərin mümkün səbəbləri

30480
Dünən Rusiyanın “boz kardınalı” titulunu daşıyan, prezident Vladimr Putinin ən yaxın dostu sayılan İqor Seçin Bakıda İlham Əliyevlə görüşdü. İlk baxışdan “Rosneft” prezidentinin Azərbyacan Prezidenti ilə görüşü kimi görünən bu görüşdə Putin-Əliyev söhbətləri prioritet olub. Söz yox ki, Putinlə Əliyev bir neçə gün bundan əvvəl telefonla da danışıb. Amma görünür ki, “telefon söhbəti deyil” kimi məsələr də var və bu söhbətlər də məhz Seçin vasitəsilə həyatab keçirilib.

İlk əvvəl bir qədər Seçin barədə danışaq. Bu şəxs 2013-cü ildə “Time” jurnalının açıqladığı dünyanın ən nüfuzlu 100 adamından biridir. Seçın Rusiya Federasiyasında bu siyahıya düşən yeganə şəxsdir. Həm də Seçini dünyanın 100 deyil, hətta 20 ən nüfuzlu adamından biri kimi görmək lazımdır. Çünki, “Time” dünyanın nüfuzlu adamlarının syahısını da 5 bölmədə qeyd edir. Bunlar - “titanlar”, “pionerlər”, “liderlər”, “ikonalar” və “artistlər”dir. Seçinin adı da məhz bölgüdə ən nüfuzlu yerdə - “titanlar” sırasında əksini tapıb. Yunan mifologiyasına görəsə “titanlar” fövqəlbəşər varlıqlardır, onlar göyün və yerin övladlarıdır. Bu qısa arayışı verməkdə məqsədimiz, əslində Seçinin, məsələn Rövnəq Abdullev kimi sıradan bir neft şirkətinin rəhbəri olmadığını göstərməkdir.

Məlum olduğu kimi, Moskva Azərbaycanda son 20 ildə keçirilən bütün seçkilərdə hazırki iqtidara dəstək olub, bütün seçkiləri müşahidə edən MDB müşahidə missiyası belə, ən pis seçkiləri də yüksək qiymətləndirib. Amma 2012-ci ildə gözə görünmməyən kanallardan Moskva ilə Bakı arasında “soyuq sular” axdı. Xüsusi gərginliklər ötən ilin sonunda müşahidə olunmağa başladı. Bu gərginliklər fonunda Qəbələ RLS bağlandı, Bakı-Novorosiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılması barədə qərar açıqlandı, Rusiyada hətta hakimiyyətlə yaxın olan şəxslərin də birləşdiyi “Milyarderlər İttifaqı” yarandı, 20 ildir səsi eşidilməyən separatçı “Sadval” hərəkatı belə aktıvləşdirildi.

Söz yox ki, Moskva bu zamana qədər rəsmi Bakı ilə müəyyən korporotiv maraqlara görə can-ciyər olsa da, strateji məsələlərdə Azərbaycana dəstək olmayıb. Ən azından Gümrüdə yerləşən və 40 faizi ermənilərdən komplektləşən rus hərbi bazasını müasir silah-sursatlarla gücləndirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ədalətə söykənən hər hansı bir addın atmayıb. Bunun əvəzində isə rus generallarının masası üzərindən, Qarabağ istiqamətində də “2008-ci il Saakaşvili arzusu”nun meydana gələ biləcəyi təqdirdə, Azərbaycanın ən qısa müddətdə işğal edilməsi, bütün strateji obyeklərin ən qısa zanamda sıradan çıxarılmasına dair plan əksik olmaylıb. Yəni Rusiayaya heç də hakimiyyətin xalqa təqdim etdiyi kimi, heç kimdəm asılı olmayan, regionun hegemon dövləti olan bir Azərbaycan qətiyyən lazım deyil. Moskvaya asılı, münaqişə şəraitində olan bir ölkə lazımdırki, bu yolla həm korporativ, həm də strarteji maraqlar həyata keçirilsin. Moskva ideoloqları da əbəs yerə zaman-zaman qeyd etmirlər ki, Cənubi Qafqazda dayaqların itiriləcəyi təqdirdə Federasiyanın sərhədləri Rostov və Volqoqrada qədər geri çəkilə bilər. Moskva yaxşı anlayır ki, Cənubun nəzarətdən çıxması nisbi sabitlik dövrünü yaşayan Şimali Qafqazın da itirilməsinə səbəb olacaq. 

Eyni taktikanı Qərb üçün də keçərli saymaq olar. Məlum olduğu kimi, üzdə adətən hakimiyyəti tənqid edən, müxtəlif hesabatlar və bəyantlarla Azərbaycan hakimiyyətini topa tutan Qərb də həlledici məqamda strateji məqamları unutmur. İlk baxışdan Qərbin Bakıya təbəssüm nümayiş etdirməsi enerji təhlükəsizliyinin təminatı məqsədi kimi görünsə də, məsələyə bir qədər diqqətlə nəzər yetirdikdə, əslində Qərbin Azərbaycan karbohidrogen ehtiyatlarına ehtiyacının olmadığını da söyləmək olar. Qərbin neft bazarında cəmi 5 faizə sahib olan Azərbaycanın qaz bazarına iddialı görünməsi də əsas məsələ deyil. Sərhədlərini Şərqə doğru genişləndirmək məqsədini unutmayan Qərbə hələki Azərbaycan Əfqanıstandakı əməliyyatlara görə, Rusiya və İrana görə lazımdır. Bu karbohidrogen ehtiyatları isə “böyük piroqun üzərinə bəzək üçün qoyulmuş çiyələyə” bənzəyə bilər. Çünki Qərbin yalnız Şərq deyil, ümumiyyətlə dünyanın idarə edilməsi ilə bağlı üzunmüddətli planları var, habelə Sem dayıların da korporotiv maraqları, iştahları İvanın iştahından heç də əksik deyil.
Məsələn, yaxın keçmişdə İ.Əliyevin Brüssel səfəri və Avropa Komissiyasının prezidenti Barrosonun Azərbaycan hökumətini xeyli tərifləməsi kimi hadisə də baş verib. Habelə NABUCCO-nun əvəzinə TAP-ın seçilməsi Avropa ilə münasibətlərdə bir qədər gərginlik yaratsa da, İ.Əliyevin Brüssel səfərindən sonra hakimiyyətin Qərbdəki lobiçilik fəaliyyətinin uğurla davam etdiyini tərəddüdsüz söyləmək olar.

Amma işini hərtərəfli ehtiyyatlı tutan hakimiyyət müxalifət qüvvələrinin birləşdiyi Milli Şurada baş verənlər prosesləri gözardı edə bilməz. Xüsusilə, Rüstəm İbarahimbəyovun vahid namizəd seçilməsi və Moskvada yaxşı əlaqələrə malik olması diqqətdən kənarda qalmayacaqdı. Söz yox ki, son vaxtlar R.İbrahimbəyov “milyarderlər”dən yan gəzir, bəzi milyarderlər də hakimiyyətin ünvanına müsbət mesajlar da yollayıblar. Amma hakimiyyətə dəqiq təminat lazımdır. Bu dəqiq təminat da Kremldəkilərin hansısa korporativ maraqlarının təmin edilməsindən keçə bilər. 

Hələlik Putinlə Əliyev arasında birbaşa və Seçin vasitəsilə baş tutmuş danışıqların detallarını açıqlamaq çətindir. Üzdə görünən isə odur ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin “Rüstəm İbrahimbəyovu dəstəkləyirsinizmi?” sualına dünən cavabında deyib ki, “Rusiya Azərbaycanın daxili ilərinə qarışmır”.
Habelə, dünən Moskva regionu hökumətinin İstehlakçılar və Xidmət Bazarı naziri Yekatirina Semyonovaya istenadən məlumat yayıldı ki, Moskva regionunda fəaliyyət göstərən 550 bazardan 10 faizi bağlanacaq. Bazarların bağlanmasının başlıca səbəbi kimi korrupsiya və vergidən yayınma, antisanitariya kimi şablon məsələr göstərilsə də, sosial şəbəkələrdə Moskvada əsasən azərbaycanlıların bazarlarının üzərinə hücum çəkildiyi qeyd olunur. Habelə, “Sadval”ın da səsi yavaş-yavaş kəsilməkdədir. Bütün bunlar isə qarşılıqlı anlaşmanın baş tutduğuna dair ehtimal yaradır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin