Moderator.az Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfə iki naməlum Cümhuriyyət qəhrəmanı haqqında qısa bilgiləri diqqətinizə çatdırırıq:
Əvvəlcə, onlardan biri barədə:
Çar Rusiyası dağıldıqdan sonra bir qrup general onu yenidən bərpa etmək üçün fəaliyyət göstərir. General Denikinin başçılığı ilə hərəkət edən ordu Şimalixa0 Qafqazı işğal edir və Azərbaycan Cümhuriyyətinə ultimatumlar göndərir.
Bolşeviklər Denikin ordusunu məğlub etdikdən sonra generallar gəmilərlə Xəzər dənizinə çıxırlar.
Bir gün 3 polkovnik Azərbaycan hökumətinə müraciət edərək, Xəzərin Ənzəli limanında (İran ərazisi ) 27 rus gəmisinin olduğunu deyir. Onlara təhlükəsiz şərait yaradılmasını istəyən rus hərbçilərinə cavab veriləcəyi deyilir.
Nəsib bəyin göstərişi ilə gəmi heyətinin nümayəndələri ilə ingilislərin gözü qarşısında görüşə gedən Azərbaycan kəşfiyyatçısı generallara -"artıq gəmilər içindəki silah-sursatla birlikdə Azərbaycan hökumətinə aiddir" deyir və hər gəmiyə asılması üçün 27xa0 Azərbaycanxa0 bayrağı verir.
İranın, İngilislərin gözləri qarşısındaxa0 bayraqlar endirilir və gəmilərə Azərbaycan bayrağı asılır.
Nağı bəy Şeyxzamanlı xatirələrində qeyd edir ki, gözlərim yaşla bu mənzərəni izləyirdim. Çünki Türkmənçay müqaviləsi ilə ikiyə parçalanmış Azərbaycanın övladı bir əmri ilə bayraqlar endirir və gəmilərə Azərbaycan bayrağını asdırırdı.
Vətənin övladı bir əmri ilə Türkmənçay müqaviləsini parça-parça etmişdi. Bu,xa0 xalqımızın qələbəsi idi”.
İndi isə ikinci kəşfiyyatçı barəsində:
Cümhuriyyət fədaisi Firudin bəy Daryal komandanlığa ona bir ağ at verilərsə, həmin mövqelərdə olan erməniləri zərərsizləşdirə biləcəyini deyir. Ağdamın Xındırıstan kəndinin bəylərindən birinə məxsus olan ağ atı ona verirlər. Firudin bəy Daryal ağ atın belində, ətrafında da əsgərlərlə birgə erməni zabitin getdiyi yolla erməni əsgərlərinin yerləşdiyi mövqelərə doğru hərəkət edir.
Gələnin öz zabitləri olduğunu zənn edən ermənilər heç bir reaksiya vermirlər. Və beləliklə Firudin bəy və onun əsgərləri heç bir təhlükə gözləməyən düşmən əsgərlərini anidən atəşə tutaraq, məhv edirlər.
28 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğrayıb, bolşeviklərin işğalına məruz qaldıqdan bir müddət sonra Xosrov bəy Sultanov bolşeviklər tərəfindən həbs olunur.
Firudin bəy həmin zaman Şuşada Qubernatorluq binası üzərində dalğalanan üç rəngli Azərbaycan bayrağını doğma kəndi Təzəkənd kəndinə gətirib ailəsinə əmanət edir.
Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Savaşdan sonra, Mustafa Kamal Atatürk tərəfindən “İstiqlal” ordeniylə təltif olunur.
MODERATOR.AZ
































































































