Katibəsinə cinsi təcavüz etməklə şərlənən repressiyaya qurbanı kimdir?

Hazırda oxunan: Katibəsinə cinsi təcavüz etməklə şərlənən repressiyaya qurbanı kimdir?

134127
Bir dəfə bu başı bəlalı ziyalı haqqındakı yazımızda onun Mir Cəfər Bağırova “sui qəsd hazırlaması”x9d səbəbindən repressiyaya uğradığını yazmışdıq. Təbii ki, doğru fakt idi. Təəssüflər olsun ki, Tağı Şahbazi kimi mədəni, intellektual bir insanı icrası mümkün olmayan bir işdə suçlamışdılar.
1937-ci il... Yazıçılar İttifaqının plenumu. Çıxış edir, məşhur Seyfulla Şamilov. O Seyfulla Şamilov ki, cəmi bir neçə aydan sonra onun özünü də repressiya qurbanı edəcəkdilər. Hələlik isə onun Tağı Şahbazi haqqında çıxışına nəzər salaq:

“Şura vətəndaşı hər bir şeydən əvvəl, hər bir Ñ…ırda hərəkətdə prinsipal olmalıdır. O sovet vətəndaşı simasını göstərməlidir. Tağı Şahbazi də öz sifətini göstərmişdir. Bunun hekayəsi iki fahişə haqqındadır. Məsələn, “Bahar gecəsi”x9d bizim ədəbiyyatımızda çap olunmuş. “Bahar gecəsi”x9d bir qadına “uÑ…ajıvat”x9d etmək haqqındadır. Mən elə zənn etdim ki, bunu Tağı Şahbazi aÑ…ırda ifşa edəcəkdir və bir ideya ilə bağlayacaq. O hekayəni məmləkətimizdə olan qızlar, ölkəmizdəki gənclər oÑ…uyanda deməzlərmi həyat nə ilə məşğuldur, partiya nə ilə məşğuldur, Tağı Şahbazi nə ilə məşğuldur.”x9d (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”x9d)
“Fahişələr”x9ddən bəhs edən hekəyəsi onun üçün ilk ittiham olur. Bir neçə ay xeyli adam ədəbiyyata gətirdiyi “yüngül əxlaqlı qadınlara “ görə yazıçını tənqid edir. Amma ittihamın ən böyüyü hələ qabaqda idi. Sən demə, bu həssas ziyalı hətta o boyda Mirqəzzəbə- Mir Cəfər Bağırova da sui-qəsd edibmiş...

Ona o qədər işgəncələr verirlər ki, axırda qələm götürüb özü-özünü cinayətkar adlandırır. Ruhulla Axundov, Sultanovla birgə əks-inqilabçı fəaliyyətindən danışır. Amma adamda böyüklüyə baxın ki, özü haqqında elə yazsa da, Səməd Vurğun və başqaları barədə mənfi nəsə demir. Nəhayət həbs olunur. Həbs səbəbi kimi orderdə bunu yazırlar:

“Sovet hökumətinə qarşı silahlı üsyanda və terrorda günahlandırılır. Həmçinin o, M.C.Bağırova qarşı sui-qəsddə ittiham olunur.”x9d

Amma bu fakt Tağı Şahbazini ləkələyən yeganə fakt deyildi. Bu sadəcə ağır faktların ən sonuncu pillədə olanı idi ki, Tağı Şahbazininin yolunu  gedər-gəlməzə salacaqdı. 
Amma bu gedər-gəlməz yol üçün görülən hazırlıq işlərinin ilk mərhələsi daha  biabırçı idi. Moderator.az Tağı Şahbaziyə qurulan həmin rüsvayçı oyunun bəzi detallarını təqdim edir:

O zaman 1935-ci il idi. İntellektinə və bacarığına görə partiya işində qabağa çəkilən, qısa vaxt ərzində böyük pillələr qət edən Tağı Şahbazini sıradan çıxarmaq üçün bir qrup şəxs yenidən öz mənfur əməllərinə qurşandılar. Birinci dəfə “Bahar axşamı”x9d adlı hekayəsindəki “əxlaqsız qadınlara”x9d görə şərlənən yazıçı bu dəfə onların təbirincə desək, lap “ağ eləmişdi”x9d. 

Mənfur qüvvələr yazıçıya bu dəfə daha ağır şər atırlar. Araşdırmaçı Aslan Kənan bu barədə yazır:”x9d Leçkomissiya”x9dnın (müalicə komissiyası) direktoru olarkən həbs edilir. Həbs edilməsində əsas göstərilir ki, guya Tağı Şahbazi öz kabinetində tibb Ñ…idmətçisini zorlayıb. Nədənsə “hadisədən”x9d sonra Oktyabr rayon partiya komitəsinin qərarı ilə T.Şahbaziyə töhmət verilir və onu işdən azad etməklə məsələni bu yolla “həllinə nail olurlar.”x9d
Doğrudur, o zaman Tağı Şahbazi həbs olunmur. Amma bu ittiham onun üçün əsl fəlakət demək idi. Həm də bilirdi ki, hansısa böyük oyunun önəmli bir detalı da bu idi.  Belə bir ittihamla gözdən salınan dövlət xadimi 1937-ci il hadisələri gələndə bu faktı göz qabağına gətirdi. Bildi ki, məhz həmin qurama oyun səbəbindən partiyada yerini, dövlət işində vəzifəsini itirən yazıçını şərləmək bu dəfə daha asan olacaqdı...

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin