AVESTA (3-cü yazı)
(təmas)
“Avesta”x9d dünya ədəbi-fəlsəfi fikir tarixində əzəmətli bir yer tutur. “Bəşəriyyətin uşaqlıq çağında”x9d yaranan bu nəhəng abidənin vətəni haradır? O, nə vaxt meydana gəlib? Onun konkret müəllifi olmuşdurmu? “Avesta”x9d hansı dildə yazılıb? Onun Azərbaycan həyatı, ərazisi, regionu, məişəti ilə əlaqəsi hansı cəhətləri ilə üzə çıxır? Nəhayət, “Avesta”x9dnın janr xüsusiyyətləri barədə konkret qənaətlər hasil etmək mümkündürmü?
Hər sualın önündə bir-birinə zidd (zidd və bəzən də bir-birini tamamlayan) yüzlərlcə cavablar durmaqdadır. Lakin bu cavabların hər birinin öz gizli və aşkar məqsəd və təmənnasının, yönüm və baxımının mövcud olduğunu təsəvvürə gətirəndə “Avesta”x9dnın konkret ünvan, mahiyyət və məzmunundan çox, mücərrəd yozumlarının daha geniş yayıldığını söyləməli oluruq. Əslində bu cür dolaşıqlıq və yanılmaların özü də bir növ qanunauyğun, “obyektiv”x9damillərlə bağlıdır. Axı “Avesta”x9dnın yarandığı dövrün özü tarixin qatı dumanı, qalın pərdəsi altında qalmışdır. O pərdənin aradan qaldırılması bir çox həqiqətlərin aşkarlanmasına xidmət göstərmiş olar. Lakin bəşər nəsli öz keçmişindən uzaqlaşıb gələcəyə üz tutduqca tarix də, tarixə söykənc olan maddi və mənəvi mədəniyyət abidələri də öz ilkinliyini tədricən itirir, qəribə bir metamorfozaya uğrayır. Bu cür inkişaf və sürət prosesində hər cür zaman anlayışı tarixə qovuşur, həm də təkcə keçmiş və indi deyil, elə gələcək də tarixə çevrilir. Bütün təkrarsız fakt və hadisələr kimi, “Avesta”x9dnın özü və onun yarandığı dövr, onda vəsf və təsvir olunan zaman da keçmişlə gələcək arasındakı körpüyə çevrilir, insanın tale və yaddaş kitablarının pozulmaz sətirlərinə hopur. Bütün bunlar bir yana. Əsər gizli kod və rəmzlərlə zəngindir.
“Avesta”x9d özünün meydana gəldiyi ərazidə, yəni Yaxın və Orta Şərq ölkələrində geniş yayılmış, həmin ölkələrin fikir tarixində möhkəm yer tutmuşdur. Bu ölməz abidə haqqında qədim yunan, Roma, İran, Suriya, o cümlədən Azərbaycan məxəzlərində söz açılmışdır. Tarixçilərin gətirdiyi faktlara isnad edərək deyə bilərik ki, hələ bizim eradan əvvəl IV əsrdə Makedoniyalı İskəndərin tapşırığı ilə o dövrün görkəmli alimi Feopomp zərdüştilərin fəaliyyəti, baxışları ilə yaxından tanış olmuşdur. Bizim e.ə. III əsrdə yaşamış məşhur tarixçi Permippin məlumatına görə “Avesta”x9d mətni 2 milyon sətir (misra) olmuşdur. Miladdan əvvəlki bir çox yunan qaynaqlarında Zərdüştün məşhur filosof Platondan (Əflatundan) (b.e.ə. 429-344) təqribən 6 min il əvvəl (b.e.ə. 9-cu minillikdə) yaşadığı bildirilir.
Qəribin “Avesta”x9d ilə tanışlığı nisbətən yaxın dövrə təsadüf edir. Əsərin Avropadakı tədqiqi ilə əlaqədar ingilis alimi Darmstetrin “Avesta”x9dnın ingilis dilinə tərcüməsinə girişdə (həmin tərcümə alimin özünə məxsusdur) nisbətən ətraflı şəkildə yazılmışdır. (“Şərqin müqəddəs kitabları”x9d, 1980-cı il). Artıq qeyd etdiyimiz kimi, ilk “Avesta”x9d mətni (“Videvdad-sadə”x9d) Oksford universitetinin kitabxanasına 1723-cü ildə daxil olub. Amma son dövrün əksər tədqiqatlarında həmin tanışlığın bir xeyli müddət əvvəl XVII əsrdən başlandığını göstərirlər. Bu mənada görkəmli filosof A.O.Makovelskinin qiymətli tədqiqatında həmin məsələ ilə bağlı qeyd edilən fikrin üstündən sükutla keçmək olmaz. Alim yazır ki, fransız B.Brissonun 1590-cı ildə çap olunmuş 3 kitabdan ibarət “Parslarin şahlıq hakimiyyəti haqqında”x9d adlı əsərində yunan və roma mənbələri əsasında pars tarixinə aid bütün məlumatlar verilmişdir. Həmin əsərin ikinci kitabı qədim perslərin adət, ənənə və dininə həsr olunmuşdur. Doğrudur, fransız aliminin əsərində Şərq abidəsi barədə heç bir söhbət açılmamışdır. Lakin məxəzşünasın toplandığı materialların “Avesta”x9d ruhu ilə analoji yaxınlığı diqqəti cəlb edir.
Sonrakı dövrün, 17-ci yüzilliyin fransız, ingilis, alman, italyan səyahətçilərinin qeydlərində Zərdüştün dininin haqqında müəyyən məlumatlar verilmişdilər. Həmin dövrün fransız səyyahı Qabriel dü-Şinon bildirirdi ki, o, müxtəlif dillərdə qələmə alınıb yazıya köçürülmüş həmin Şərq abidəsini özü görmüşdür. Oksford universitetinin professoru Tomas Qaydin “Qədim perslərin, parfiyalıların və midiyalıların din tarixi (1700-cü il) ingilis Corc Buçerin 1723-cü ildə İngiltərəyə gətirdiyi qədim surət (bu, “Avesta”x9dnın bir parçası idi) Avropanın zərdüştiliyin öyrənməsində yeni mərhələ hesab olunmalıdır. Lakin bütün bunlara baxmayaraq ilk böyük tanışlıq fransız alimi Angetil dü-Perronun adı ilə bağlıdır. Ömrünün on beş ilini “Avesta”x9dnın tədqiq, təfsir və tərcüməsinə həsr edən görkəmli şərqşünas əsəri 1771-ci ildə Parisdə fransız dilində nəşr etmişdir. O vaxtdan etibarən, yəni 200 ildən artıq bir dövrdə “Avesta”x9d dünya şərqşünaslarının tədqiqində mərkəzi yerlərdən birini tutmaqdadır.
“Avesta”x9dnın saxlanmaqda olan ən qədim əlyazması XII-XIV əsrlərə aid olunur. “Avesta”x9dnın hissələrindən birində, hətta konkret tarix də mövcuddur: 1278-ci il. Şübhəsiz ki, bu qədim abidə o dövrün mövcud danışıq dilinə tərcümə olunmuşdur. Bir sıra tədqiqatçıların nöqteyi-nəzərincə “Avesta”x9d mətninin bəzi parçaları hələ o vaxtkı ölü dildə tərtib olunmuşdur. Bizcə, bu fikir doğru deyildir. Çünki “Avesta”x9dnın tərcüməsi, toplanması qısa bir dövrə aid deyil. Yaranma prosesində əsərin dili və üslubu təkmilləşmiş, cilalanmış, öz ilkin dialekt formasını dəyişmişdir. Elə buna görə də əsərin mətnindəki bəzi “sirli nöqtələri”x9d ölü dillərin ünvanına yazmaq ehtiyatsızlıqdır.
“Avesta”x9d Şərq, xüsusən İran tarixşünaslığında sistemli şəkildə Avropaya nisbətən gec tətbiq olunmağa başlamışdır. İran tədqiqatçılarından M.Tərbiyət, H.Tağızadə, Ə.Kəsrəvi, İ.Purdavud, S.Nəfisi, M.Müin, Ə.Hikmət və s. avestaşünaslığa dair bir sıra elmi əsərlərin müəllifləridirlər. Bu əsərlərdə obyekiv və subyektiv mülahizələr kifayət qədərdir. Görkəmli Azərbaycan (cənubi) alimi Məhəmmədli Tərbiyət “Danişməndane-Azərbaycan”x9d adlı əsərində yazır ki, Zərdüşt “Avesta”x9dnın ən qədim hissələrinin müəllifi, məzdəgizmin banisi və Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən olmuşdur. M.Tərbiyət öz fikirlərini əsalandırmaq üçün özündən min il əvvəl yaşamış Əbu-Reyhan Biruninin söylədiyi mülahizələrə istinad etmişdir.
Abidənin görkəmli tərcüməçi və tədqiqatçısı İbrahim Purdavud yazır ki, Zərdüşt Azərbaycanda anadan olmuş, “Avesta”x9d Azərbaycan xalqına məxsusdur. Lakin İ.Purdavud, Zərdüştün anadan olduğu yer barədəki mübahisələrə də etinasız qalmamışdır. O, yazırdı: “Zərdüşt yunan mənbələrində Qazaka, Ərəblərdə Cənzə, müasir dövrdə isə Taxte-Süleyman adlanan yerdə anadan olmuşdur. Elə bu səbəbə görə də Urmiya gölünün suyu həmin dövrdə müqəddəs hesab edilmişdir. Cənzə atəşpərəstləri içərisində Azərxoş və yaxud Azərkəşəsb ən məşhur idi. Yaqut Həməviyə görə Cənzə Marağa ilə Zəncan, habelə Zur və Dinəvər şəhərləri arasında yerləşir. O şəxsən orada olan atəşgahları görmüşdür”x9d.
İ.Purdavuda görə vaxtilə “Avesta”x9dnın bir nüsxəsi Azərbaycanın Şid şəhərində olan məşhur Azərkəşəsb atəşgahında, digər nüsxəsi isə Taxte-Cəmşiddə olan dövlət arxivində saxlanılmışdır. Bu istiqamətdə Azərbaycan tarixçisi A.Fazilinin “Azərbaycan qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında”x9d adlı tədqiqat əsərində söhbət açıldığına görə biz “Avesta”x9d ilə bağlı digər mülahizələr üzərində dayanmağı vacib bilirik. Və belə bir danılmaz faktı daim yaddaşımızın pozulmaz səhifəsinə yazmalıyıq ki, “Avesta”x9d Azərbaycan ictimai-siyasi fikir tarixi, geniş mənada türk təfəkkür qatı, türkün milli idrak pilləsi ilə bağlı olan abidədir. Bu günəcən türk şifahi və yazılı nümunələrində Hörmüz, Əhriman, habelə Zərdüşt ilə bağlı deyilən fikirlər, onlara edilən müraciətlər, onların şərəfinə söylənən alqışlar “türk zərdüştliyindən”x9d xəbər verir. Hərçənd ki, biz “Avesta”x9dnı Şərq kontekstindən kənarda, “təmiz”x9d bir əsər kimi tədqiq və təqdim etməyi də düzgün hesab etmirik.
Deyilənlərə yekun vuraraq belə bir qənaətə gələ bilərik ki, “Avesta”x9d ümumşərq abidəsidir və bu mənada bizim xalqımızın ömür yolunun bir çox pozulmaz “ləpirləri”x9d də məhz həmin abidədən keçir.
Bu gün də “Avesta”x9d haqqında ziddiyyətli fikirlər dolaşmaqdadır. Bu əsəri və onun mahiyyətini qəbul edənlər də, onu “özgə”x9d sayanlar da kifayət qədərdir.
Hesab edirik ki, “Avesta”x9d bizim mədəniyyətimizə və fikir tariximizə yad olan əsər deyildir. Az qala bütün klassiklərimiz birbaşa və dolayısı , “Avesta”x9dya müraciət etmiş, ondan ilhamlanmış, onu vəsf etmiş, ondan nəyisə əxz etmişlər.
Elə buna görə də “Avesta”x9dnı öyrənməyə, onu tədqiq etməyə dəyər.
Firuz Mustafa
yazıçı-filosof
































































































