Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa ÇAĞIRDI
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forumun”da çıxışı zamanı növbəti dəfə Azərbaycanı əsassız iddialarla hədəf almasını qətiyyətlə pisləyirik.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədbirində Azərbaycan əleyhinə səsləndirdiyi iddiaya münasibət bildirərkən deyib.
O bildirib ki, fransalı nazirin Azərbaycana qarşı ittihamları Fransa tərəfinin Azərbaycanla mü...