Ər-Riyadda hava limanına raket hücumu: 12 ölü, 309 yaralı var - VİDEO
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərindəki Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub, 309 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə krallığın Mülki Aviasiya Baş İdarəsi (GACA) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Səudiyyə Ərəbistanının 4 vətəndaşı, eləcə də 2 banqladeşli, bir amerikalı, bir misirli, bir iordaniyalı, bir suriyalı, bir fələstinli və bir sudanlı həyatını itirib. Həmçinin 309 nəfər yaralanıb, onların arasında ağır vəziyyətdə olanlar da var. Yaralılara xəstəxanalarda lazımi tibbi yardım göstərilir.
GACA əlavə edib ki, hücum nəticəsində aeroporta maddi ziyan dəyib və hazırda bunun dərəcəsi qiymətlənd...