Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Hər iki layihə Dövlət Proqramına daxil edilmiş 24 yol layihəsinin tərkib hissəsidir.
Hazırda Xırdalan şəhərindən keçən dəmir yolu xətti şəhəri iki hissəyə ayırır. Mövcud keçidl...