Qaz avadanlıqlarının təhlükəsizliyinə dair reqlament QƏBUL EDİLDİ
Azərbaycanda texniki reqlament olaraq ilk dəfə "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament" qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Belə ki, nazir Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında sözügedən mövzu müzakirə olunub.
Kollegiya sədri iclasın gündəliyinə əsasən, Energetika Nazirliyinin qarşısında duran tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.
İclas zamanı "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-...