9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 1...