8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yük avtomobilinin aşması səbəbindən 8 Noyabr prospekti istiqamətində tətbiq edilən müvəqqəti hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Xatırladaq ki, dünən paytaxtın Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Bizim.Media...