Günəş tutulmasını izləmək üçün ABŞ-ın xüsusi təyyarəsi havaya qaldırıldı
Günəş tutulmasını qeydə almaq məqsədilə ABŞ-a məxsus xüsusi təyyarə Danimarka boğazı üzərində havaya qaldırılıb.
Bizim.Media xəbər verir ki, TASS-ın Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən verdiyi məlumata görə, söhbət ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus təyyarədən gedir.
Mənbənin sözlərinə görə, İslandiyadan Martin WB-57 Canberra xüsusi təyyarəsi havaya qalxaraq İslandiya ilə Qrenlandiya arasındakı Danimarka boğazı üzərində uçuşlara başlayıb.
Mənbə bildirib ki, bu tip təyyarələr taktiki bombardmançı-kəşfiyyat təyyarələri hesab olunur. Lakin bu dəfə təyyarə elmi tədqiqatların aparılması üçün uyğunlaşdırılıb.
“Bu təy...