Azərbaycanın ABŞ-dakı səfirliyi bu festivalda təmsil olundu - FOTO
Vaşinqton şəhərində keçirilən “Passport DC – səfirliklər ətrafında dünya turu” festivalı çərçivəsində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi qapılarını yerli və xarici auditoriya üçün açıb.
Bizim.Media xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən bu tədbir müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm platforma hesab olunur.
Tədbir çərçivəsində Vaşinqton şəhərinin katibi Kimberli Beset Azərbaycan səfirliyini ziyarət edib. Ziyarət zamanı o, Azərbaycan mədəniyyəti və milli mətbəxi ilə yaxından tanış olub.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-nin 250 ...