Hərbçilərin maaşı ARTIRILIR
Hərbçilərin əməkhaqları artırılır, yeni qaydada hesablanacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Müdafiə Nazirliyinin bütün hərbçilərinin vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək. Hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.
Hazırda qüvvədə olan qanuna əsasən, hərbi xidmətin şəraitində...