Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hazırda oxunan: Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

639637

Moldovanın Baş naziri Vasile Tofan bildirib ki, hakimiyyət qiymətləri sabitləşdirmək və bazar dalğalanmalarından asılılığı azaltmaq məqsədilə uzunmüddətli qaz təchizatı müqavilələri bağlamaq niyyətindədir. Onun sözlərinə görə, Kişinyov Qətər, Azərbaycan və Türkmənistanla danışıqlar aparmağa hazırdır, lakin Rusiya ilə əməkdaşlığı istisna edir.

Bizim.Media xəbər verir ki, bu barədə "NewsMaker" məlumat yayıb.
 

"Biz bu il üçün qazın qiymətini min kubmetr üçün təxminən 360 dollar səviyyəsində proqnozlaşdırmışdıq. Bu gün isə qiymət min kubmetr üçün 1000 dolları ötüb. Biz qazın qiymətinə nəzarət edə bilmirik", - deyə Tofan sentyabrın 30-da hökumət iclasının əvvəlində bildirib.


O qeyd edib ki, hakimiyyət qarşıdan gələn qışa əvvəlcədən hazırlaşmalı və uzunmüddətli, sabit qiymətli müqavilələr əldə etməyə çalışmalıdır. Baş nazir danışıqların çətin keçəcəyini vurğulayıb, çünki Moldova qazı bazar qiymətindən aşağı qiymətə almağı hədəfləyir.

"Nə qədər çətin olsa da, Qətər, Azərbaycan və Türkmənistana gedəcəyik. Getməyəcəyimiz yeganə ünvan ruslar və ya Putinlə danışıqlar masasıdır. Digər bütün variantlar nəzərdən keçirilməlidir", - deyə Tofan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin