Məşhur amerikalı reper Kenye Uest MTV mükafatlarının təqdimetmə mərasimində verdiyi bəyanatla hər kəsi təəccübləndirib.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, səhnədə çıxış edən reper 2020-ci il prezident seçkilərinə hazırlaşdığını bildirib.
Qalmaqalları ilə daim gündəmdə olan müğənni Mayli Sayrus isə Uesti dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, hazırda ABŞ-da seçkiqabağı yarışda milyarder Donald Tramp və Hillari Klinton liderlik edirlər.




































































































