“Bu, Müsavat partiyası üçün böyük itki olacaq”x9d

Hazırda oxunan: “Bu, Müsavat partiyası üçün böyük itki olacaq”x9d

83204

"Yeni Müsavat" qəzetinin baş redaktoru mətbuata açıqlamasında üzvü olduğu Müsavat Partiyasından getməyə hazırlaşdığını bildirib:

"Təbii ki, Müsavat Partiyasına üzv olmağım jurnalistika fəaliyyətimə mane olur. Mən bu barədə düşünürəm. Fikrimcə, jurnalist heç bir partiyanın üzvü olmamalıdır. Artıq bu mərhələni keçməliyik. Təəssüflər olsun ki, Müsavat Partiyasında vəziyyət tam qaydasına düşməyib. Yəqin ki, mənim qərarıma bu faktorun təsiri olmayacaq. Müsavat Partiyasındakı üzvlüyümü dayandırmaq haqqında düşünürəm. Partiya rəhbərliyi ilə konkret məsləhətləşmələrdən sonra bu barədə qərar verəcəm".

Moderator.az xa0-a açıqlama verən Müsavat başqanlığına keçmiş namizəd, partiya üzvü Tural Abbaslı Rauf Arifoğlunun partiyadan ayrılmasının qurumun xeyrinə olmayacağını bildirdi:

“Mən əvvəllər də qeyd etmişdim ki, partiyadan istənilən bir şəxsin getməsi partiyanı zəiflədir. Heç kimə sirr deyil ki, Rauf Arifoğlu siyasi arenada kifayət qədər nüfuza malik bir şəxs və Azərbaycanın ən populyar qəzetinin baş redaktorudur.Belə insanları itirmək istənilən qurum üçün itki sayılmalıdır. Şəxsən mən bunu Müsavat Partiyası üçün böyük itki hesab edərəm. Müsavatın bu günə qədər olan fəaliyyətində Rauf bəyin və "Yeni Müsavat"ın kifayət qədər böyük rolu olub, əminəm ki, bundan belə də olacaq.Odur ki, hələ seçki öncəsi Müsavatın belə bir resursu itirməsi heç də üstünlük deyil.”x9d

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin