Nazirin verdiyi bu bəyanat deklorativ xarakter daşıyır- Eks baş nazir

Hazırda oxunan: Nazirin verdiyi bu bəyanat deklorativ xarakter daşıyır- Eks baş nazir

80014
“Ermənistan beynəlxalq hüquq normalarını, prinsiplərini və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib. Nəticədə 20 faiz Azərbaycan torpaqları işğal altındadır, bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb ATƏT-in Minsk Qrupu həmsədrləri və onların sülhyaradıcı missiyaları Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir. Bu günə kimi beynəlxalq nizamı pozanlara qarşı çoxsaylı bu kimi nümunələr göstərmək olar”x9d. 
  Moderator.az-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada səfərdə olarkən yerli “Nezavisimaya qazeta”x9dya müsahibəsində deyib. Məsələ ilə əlaqədar olaraq Moderator.az-a açıqlama verən Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, problemin həll olunmasında Azərbaycanın mövqeyi daha əhəmiyyətlidir: 
“Nazirin verdiyi bu bəyanat deklorativ xarakter daşıyır. Sözsüz ki, məsələdə haqlı tərəf, işğala məruz qalan ölkə Azərbaycandır və dünya ictimaiyyəti məsələyə obyektiv yanaşaraq Ermənistanı sülhə məcbur etməlidir. Amma bu işdə ölkəmizin rolu həlledicidir, Azərbaycan məsələni sülh yolu ilə həll etmək üçün səylərini daha da gücləndirməlidir.”x9d

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin