Paşinyan narkotik böhtanına görə Karapetyanı MƏHKƏMƏYƏ VERDİ

Hazırda oxunan: Paşinyan narkotik böhtanına görə Karapetyanı MƏHKƏMƏYƏ VERDİ

613295

Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı iş adamı və Güclü Ermənistan Partiyasının lideri Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, İrəvan Mülki Məhkəməsi iddianı icraata qəbul edib.

Belə ki, Karapetyan Paşinyanın Çin səfərindən qayıdarkən hallüsinogen göbələklər gətirdiyi və onlardan istifadə etdiyi barədə iddialar səsləndirib.

Paşinyan həmin məlumatların böhtan xarakterli olduğunu bildirərək onların ictimai şəkildə təkzib edilməsini və təxminən 16 min dollar məbləğində kompensasiya ödənilməsini tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin