Tramp BMT-də İlham Əliyevdən SİTAT gətirdi

Hazırda oxunan: Tramp BMT-də İlham Əliyevdən SİTAT gətirdi

638145

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunub.

Bizim.Media xəbər verir ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun fəaliyyəti barədə müsbət fikirlər səsləndirdiyini bildirib.

“Azərbaycan Prezidenti mənə dedi ki, Prezident Tramp altı ay ərzində möcüzələr yaradıb və heç kim bunun baş verəcəyini belə düşünmürdü”, - ABŞ Prezidenti qeyd edib.

Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın da prosesdə onun şəxsi müdaxiləsinin əhəmiyyətini vurğuladığını bildirib.
 

“Ermənistanın Baş naziri bildirib ki, Prezident Tramp şəxsən bu işə qoşulmasaydı, bu sıçrayış mümkün olmazdı”, – Tramp deyib.


ABŞ Prezidenti əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin