Türkiyənin Adana şəhərinin Seyhan rayonunda 46 yaşlı Yaşar Akman küçənin ortasında tapança ilə arxadan vurularaq öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə haberler.com saytı yazıb.
Araşdırma zamanı məlum olub ki, Akmanla iki nəfər arasında 5 ay əvvəl baş verən yol qəzasından sonra avtomobillərə dəyən zərərin ödənilməsi ilə bağlı düşmənçilik yaranıb.
Cinayət Şöbəsinin əməkdaşları şübhəlilər - Murat Buşayi (27) və Fahrettin Turgayı (45) gizləndikləri ünvanda saxlayıblar. Onlar məhkəmənin qərarı ilə həbs ediliblər.
Buşayi ifadəsində Akmanın ayağına atəş açmaq istədiyini, öldürmək niyyətinin olmadığını bildirib.

Bizim.Media

- A-
- A
- A+
Region
15:38 / 22.09.2026
8 uşaq atası tapança ilə vurularaq öldürüldü - FOTO
Hazırda oxunan: 8 uşaq atası tapança ilə vurularaq öldürüldü - FOTO
Hazırda oxunan: 8 uşaq atası tapança ilə vurularaq öldürüldü - FOTO
638090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































