“Azərişıq”dan Babək rayonunda yaşayan sakinlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: “Azərişıq”dan Babək rayonunda yaşayan sakinlərə XƏBƏRDARLIQ

638164

Sentyabrın 23-də Babək rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, fasilə 35/10 kV-luq Nəzərabad yarımstansiyasından qidalanan 10 kV-luq Şıxmahmud hava elektrik xəttində aparılacaq işlərlə əlaqədar olacaq.

Belə ki, saat 14:30-dan 16:30-dək Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində, eləcə də Uzunoba gölünün ətraf ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
 

Qeyd edilib ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.


İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin