Cəlilabadda “Mercedes” at arabasına çırpıldı: Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Cəlilabadda “Mercedes” at arabasına çırpıldı: Xəsarət alanlar var - FOTO

638169

Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Müqabil Nağıyevin sürdüyü “Mercedes” markalı avtomobil hərəkətdə olarkən at arabası ilə toqquşub.
 

Qəza zamanı Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıblar.


Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin