Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

638121

Sentyabrın 22-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Beynəlxalq Müştərək Strateji Komandanlığının rəhbəri general-polkovnik Sebahattin Kılınç ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Kərim Vəliyev Azərbaycan-Türkiyə arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.

 

Tərəflər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

 

Görüşdə həmçinin hərbi, hərbi təhsil, hərbi-texniki, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin