Quba-Qonaqkənd yolunda torpaq sürüşdü – VİDEO

Hazırda oxunan: Quba-Qonaqkənd yolunda torpaq sürüşdü – VİDEO

638084

Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi səbəbindən asfalt örtüyü dağılıb və yolun hərəkət hissəsi daralıb.

Bizim.Media xəbər verir ki, bu vəziyyət sürücülərin ərazidən keçidini çətinləşdirir. Hazırda yolun asfalt qatında iri çatlar əmələ gəlib, torpaq sürüşməsi isə davam edir.

Təhlükəsizlik məqsədilə ərazinin bəzi hissələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xəbərdaredici lentlər çəkilib və yol nişanları quraşdırılıb.

Sürücülər Baku TV-yə bildirilər ki, yolun bəzi hissələrində isə heç bir xəbərdaredici nişan yoxdur.

Onlar yalnız təhlükəli əraziyə yaxınlaşarkən lentləri gördüklərini və bunun əlavə risk yaratdığını deyirlər. Qeyd edək ki, torpaq sürüşmələri əsasən Quba rayonunun Kunxırt və Xırt kəndləri ərazisində müşahidə olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin