Bakıda marketlərdə toyuq filesi tapılmır.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bir neçə məşhur marketlər şəbəkələrində oxşar vəziyyət yaşanır.
Soruşduqda isə market əməkdaşları "çoxdandır gətirilmir" cavabı veriblər.
Lakin məlum olub ki, əvvəllər 6-7 manata çox rahatlıqla tapılan bu məhsulu indi əldə etmək üçün sırf toyuq məhsulları mağazalarına yollanmaq lazımdır.
Sözügedən mağazalara baş çəkərkən maraqlı mənzərənin şahidi olduq. File satışı həyata keçirilsə də, qiymət fərqi açıq nəzərə çarpır.
Belə ki, hazırda ən ucuz file satışı 8.5 manatdan başlayır. Satıcılardan məhsulun 1 ay içində təxminə 1.5 manat bahalaşma səbəbini soruşanda, file ilə bağlı ciddi qıtlıq yaşanmasını göstərdilər.
Marketlərdən də bu məhsulun yoxa çıxma səbəbinin əslində qıtlıqla bağlı olduğu ehtimal edilir.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:49 / 22.09.2026
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto
Hazırda oxunan: Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto
Hazırda oxunan: Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - Foto
638093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































