Paşinyan Türkmənistana işgüzar səfər edəcək

Hazırda oxunan: Paşinyan Türkmənistana işgüzar səfər edəcək

638135

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan yaxın vaxtda Türkmənistana işgüzar səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Aşqabaddakı səfiri Arsen Avaqyan respublikanın müstəqilliyinin 35 illiyi münasibətilə təşkil olunmuş qəbulda məlumat verib.

Onun sözlərinə görə, bu səfər iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi və praktiki əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq.

Həmçinin Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun İrəvana cavab səfəri də gözlənilir. Bu səfər 2026-cı ildə Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransına (COP17) təsadüf edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin