Göyçayda avtomobil mopedlə toqquşdu - VİDEO

Hazırda oxunan: Göyçayda avtomobil mopedlə toqquşdu - VİDEO

638085

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər ki, hadisə bu gün günorta saat 14:00 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını digər hərəkət iştirakçısı olan mopedlə toqquşub.

İlkin verilən məlumata görə, hadisə nəticəsində mopedin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin