Avropa İttifaqı Ermənistanda dağ-xizək mərkəzi açdıxa0 –“Hakimiyyət dəyişikliyinin bizə dəxli yoxdur...”

Hazırda oxunan: Avropa İttifaqı Ermənistanda dağ-xizək mərkəzi açdıxa0 –“Hakimiyyət dəyişikliyinin bizə dəxli yoxdur...”

256488

Avropa İttifaqı “Ermənistanın ikinci paytaxtı” adlandırılan Aşotsk şəhərində özünün ilk dağ-xizək turizm mərkəzini açıb.

xa0

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları məlumat yayıb. Layihə Aİ-nin regionda insanların sağlam həyat tərzinə alışdırılması, turizmin inkişafı və yeni iş yerlərinin açılmasına və s. yönələn proqramı çərçivəsində həyata keçirilib. Eyni məqsədlərlə Ermənistanın şimal rayonlarında turizmin inkişaf etdirilməsi üçün daha 7 milyon avro ayrılacağını bildirən Aİ-nin işğalçı ölkədəki səfiri Pyotr Svitalski xa0hakimiyyət dəyişikliyinin onların layihələrinə maneçilik törətmədiyini vurğulayıb.

xa0

“Ermənistandakı hakimiyyət dəyişikliyinin Aİ-nin proqramlarına dəxli yoxdur. Keçmiş hakimiyyət dövründə başlatdığımız xa0bütün layihələr bu gün xa0də davam etdirilir”- Avropa İttifaqının rəsmi nümayəndəsi belə deyib.


P.S. Aİ-nin işğalçı ölkədəki səfirinin son açıqlaması bir daha sübut edir ki, İrəvandakı hansısa hakimiyyət dəyişikliyinin Qarabağın azad edilməsinə zəmin yaradacağına arxayın olmaq bihudə söhbətlərdir. Bunu qəti bilmək gərəkdir ki, Azərbaycanın özü tərəfindən qəti hərəkət olmayınca xa0istər Rusiya, istər Avropa, istərsə də ABŞ xa0torpaqlarımızı, hətta bir-iki rayonumuzu belə, məcməyidə gətirib qarşımıza qoyan deyil. Proseslər vahid transmilli dünya mərkəzindən idarə olunur və daxildən müqavimət olmayacağı təqdirdə xa0super güclər məsələnin həllini hələ on illərlə uzadacaq və heç vaxt Azərbaycanın xeyrinə həll etməyəcək...

xa0

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin