Gürcüstan höküməti tərəfindən sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracı qadağan edilməsi barədə qərar qəbul edilib.xa0
Tbilisinin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Çünki dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistanda sentyabrın 15-dən etibarən çörək və un məhsullarının qiymətinin qalxacağı gözlənilir. “Aqrar-kəndli Birliyi”nin sədri Qraç Berberyan bildirib ki, bu qadağa nəticəsində nəqliyyat qiymətləri 50-60 dollar artacaq ki, bu da Ermənistanda çörək məhsullarının 10-15% bahalaşmasına gətirib çıxaracaq. Lakin qiymətlərin daha da bahalaşması riski var.xa0
N.Paşinyan höküməti Gürcüstan ilə diplomatik səviyyədə görüşlər təşkil edərək məsələni həll etməyə çalışırlar. Xüsusilə, Ermənistan Baş naziri gürcü jürnalislərlə müsahibəsində “Hər zaman, hətta müxalifətdə də olanda demişəm ki, Gürcüstanla münasibətlərimiz xüsusi olmalıdır. Biz gərək bunun üzərində işləyək və münasibətlərimizi geosiyasi təsirlərdən qoruyaq”, – deyə bildirib.xa0
Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Ermənistanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Georgi Saqanelidze ilə görüşüb. Görüş əsnasında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri A.Vanetsyan bildirib ki, Gürcüstanla güclü əməkdaşlıq və sabit əməkdaşlıq münasibətləri Ermənistan üçün çox vacibdir.xa0
Paşinyan Ermənistanın xarici siyasəti ilə bağlı praktiki olaraq bütün çıxışlarında o, Gürcüstana xüsusi diqqət yetirdiklərini vurğulayıb. Paşinyanın Ermənistan-Gürcüstan münasibətlərinə yeni impuls vermək istəyi aşkardır. Təsadüfi deyil ki, baş nazir seçiləndən sonra Paşinyan ilk rəsmi səfərini Gürcüstana edib.xa0
Ermənistan baş nazirinin bu səyləri boşa çıxmaqdadır. Belə ki, Gürcüstan öz iqtisadi maraqları çərçivəsində hərəkət etməyi üstün tutur.xa0
Digər tərəfdən, Gürcüstan höküməti ermənilərə inanmırlar. Buna səbəb, ermənilərin Gürcüstan torpağı olan Samsxe-Cavaxetiya torpaq iddiasında olmalarıdır.
Analitik Ehtiram Aşırlı




































































































