İrəvan yeni namizədə Kremlin razılığını gözləyir

Hazırda oxunan: İrəvan yeni namizədə Kremlin razılığını gözləyir

210519

2018-ci ilin bir çox hadisələrlə yadda qalacaq. Ən əsası bu il Azərbaycan və Ermənistanda seçkilər ilidir. Lakin bu dəfə Ermənistanda keçiriləcək olan seçkilər fərqlidir. Bu seçkinin fərqliliyi 6 dekabr 2015-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilən və yeni konstitusiya paketinə uyğun olaraq icraedici funksiyanın prezidentdən baş nazirə keçməsi və onun səlahiyyətlərinin artacaq şəkildə dəyişməsidir. Həmçinin prezident 40 yaşı keçmiş və son 6 il ərzində daim Ermənistan ərazisində yaşayan namizədlər arasından seçilə bilər.

Demək olar ki, Ermənistanda prezident tamamilə formal xarakter daşıyacaq. Ermənistanın siyasi və iqtisadi həyatında yeni dönəm başlıyır desək yanılmarıq. Ermənistanda bu günə qədər keçirilmiş seçkilərin nəticəsi heç də təəccüblü olmamışdır. Seçimlər zamanı iqtidarda olan siyasi partiyalar qalib gəlmiş və öz yerini daha da möhkəmləndirmişdir. Bu “qələbələrə” seçkilərdə müxtəlif saxtakarlıqlar hesabına nail olunub. Bu illərdə müxalifət bir seçkidə belə qələbə çalmayıb.

Fikrimcə, bu ildə də bu qayda pozulmayacaq. Hal-hazırda seçkilər ərəfəsidir və siyasi oyunların aktorları olan iqtidar və müxalifətdən olan siyasi partiyalar arasında mübarizə özünü göstərməyə başlayıb. Bugün Ermənistanda hansı siyasi partiyanın iqtidara gəlməsi və ya iqtidarda qalması əsasən Rusiya və ABŞ- ın göstərişindən asılıdır. Adını çəkdiyimiz dövlətlərin demokratik dəyərlərdən daha çox beynəlxalq aləmdə öz mənfəətlərini gözlədiklərinin göstəricisidir. Hakim partiyanın namizədi kimi Armen Sarkisyan irəli sürülmüşdür. Ancaq Sarkisyanın özü bu barədə hələ dəqiq fikir bildirməyib. Buna səbəb kimi Rusiyadan gələcək göstərişin gözlənildiyini başa düşə bilərik. Açıq-aşkar onun namizədliyi Kremllə razılaşdırılmalıdır.

Avropada geniş əlaqələrə sahib olan Armen Sarkisyanın real namizəd kimi çıxış etməsi Rusiyanın maraqlarına o qədər də cavab verəcəyini düşünmürəm. Bu seçkilər barədə yaranan əsas sual isə “Ermənistanda keçiriləcək seçkilərin bizə nə vəd etməsidir?”. Əslində deyə bilərik ki, dəyişən ciddi bir şey olmayacaq. Məsələn 2016-cı ildə "aprel döyüşlərinin" baş verəcəyi düşünülmürdü, ancaq bunun əksi olaraq atəşkəs pozuldu və Lələtəpə, Cocuq Mərcanlı kimi ərazilərimiz geri qaytarıldı. Bu ildə atəşkəsin qarşı tərəfdən ciddi şəkildə pozulacağını düşünürəm və əlbəttə ki, bu qarşılıqsız qalmayacaq. Üstəlik bu il cümhuriyyətimizin 100 illiyidir ki, bu il daha böyük güc nümayişi həyata keçirə bilərik. Bunu bizə kimsə qadağan edə bilməz.

xa0

SEVDA MƏMMƏDOVA

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin