Putin və Uitkoffun görüşü başladı

Hazırda oxunan: Putin və Uitkoffun görüşü başladı

643433

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Sankt-Peterburqda görüşə başlayıb.   

Bizim.Media xəbər verir ki, görüşün əvvəlindəPutin Stiv Uitkoffdan bu yaxınlarda Norveçdə (Oslo) Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa rəsmiləri ilə keçirilən danışıqların nəticələri barədə maraqlanıb.  

Rusiya lideri ABŞ Prezidenti Donald Trampa Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsinə göstərdiyi diqqət və göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Görüş zamanı ABŞ tərəfinin Norveç görüşündən sonra hazırladığı yenilənmiş sülh planının və münaqişənin həlli yollarının müzakirə ediləcəyi gözlənilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin