İşğaldan azad olunmuş ərazilərdə 100 min Azərbaycan vətəndaşı çalışır. Onların 40 mini keçmiş məcburi köçkündür.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə əhalinin yaşaması, işləməsi və təhsil alması qısa müddətdə həmin ərazilərin iqtisadiyyatının formalaşdığını və reinteqrasiyanın baş verdiyini göstərir.
O qeyd edib ki, regionların inkişafı və iqtisadiyyatın diversifikasiyası baxımından aqrar sektorun inkişafı xüsusi əhəmiyyət daşıyır:
"Dövlət proqramında müəyyənləşdirilən hədəflərə əsasən, növbəti dörd ildə Azərbaycanın qeyri-neft-qaz ixracında kənd təsərrüfatı məhsullarının ixracının dörd dəfə artırılması nəzərdə tutulur".
V.Bayramovun sözlərinə görə, bu hədəfə nail olunarsa, 2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 1,5 milyard dollardan 6 milyard dollara yüksələ bilər.
"Azərbaycan 2025-ci ildə 1,1 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib. Bu, əvvəlki illə müqayisədə təxminən 20 faiz artım deməkdir".
O vurğulayıb ki, qeyri-neft-qaz ixracının şaxələndirilməsində regionların mühüm payı var.
Onun sözlərinə görə, bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və büdcədənkənar gəlirlərinin artırılması onların müstəqilliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Deputat qeyd edib ki, 2025-ci ildə bələdiyyələrin büdcə gəlirləri 26,5 faiz artıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
12:19 / 21.10.2026
2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək
Hazırda oxunan: 2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək
Hazırda oxunan: 2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək
643418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































