Gələn il Azərbaycanda minimum əməkhaqları, minimum pensiyalar, pensiyaların sığorta hissəsi, eləcə də digər müavinət və təqaüdlər artırılacaq.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2019-cu ildən indiyədək Azərbaycanda beş sosial zərf qəbul edilib:
"Bu zərflərin illik ümumi dəyəri əlavə 8 milyard manat büdcə vəsaiti təşkil edir və hər il 4 milyondan çox vətəndaş həmin tədbirlərdən faydalanır".
M.Quliyev bələdiyyələrin regionların inkişafındakı roluna da toxunub. O bildirib ki, bələdiyyələr ideoloji işi gücləndirməlidirlər.
Deputatın sözlərinə görə, bələdiyyələr insanlara daha yaxın qurumlar olduğundan iqtisadi və sosial həyatda baş verən hadisələri yerində daha operativ çatdıra bilirlər.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:46 / 21.10.2026
Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev
Hazırda oxunan: Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev
Hazırda oxunan: Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev
643427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































