Avropa çempionatı: Daha 7 boksçumuz növbəti MƏRHƏLƏDƏ

Hazırda oxunan: Avropa çempionatı: Daha 7 boksçumuz növbəti MƏRHƏLƏDƏ

643400

Türkiyənin Trabzon şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir.

Boks Federasiyasından Bizim.Media-ya bildirilib ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 7 idmançısı mərhələ adlayıb.

Veysilə Əliyeva (54 kiloqram) 1/8 finalda Mairid Makgeoçlə (Şotlandiya) döyüşüb. Görüş boksçumuzun 4:0 (29:27, 30:26, 29:27, 28:28, 29:27) hesablı qələbəsi ilə başa çatıb. O, 1/4 finalda Alina İnatoviçlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
 

Hüseyn Rəhimli (40 kiloqram) də 1/8 final qarşılaşmasından qalib ayrılıb. Boksçumuz Matiya Yankoviçi (Xorvatiya) ilk raundda tam üstünlüklə məğlub edib. Təmsilçimiz növbəti görüşündə Feliks Runi (İngiltərə) ilə üz-üzə gələcək. Hümbət Almazov (42 kiloqram) Petar Radivoyeviçdən (Serbiya) güclü olub – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:27). O, 1/4 finalda Kevin Lourenko de Kastro (Almaniya) ilə münasibətinə aydınlıq gətirəcək.


Gülay Ocaqova (57 kiloqram) adını yarımfinala yazdırıb. İmişli boksunun yetirməsi 1/4 finalda Quilia Qiustizieri (İtaliya) yarışdan kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28, 29:28). Ocaqova finala gedən yolda Lia Toldi (Macarıstan) ilə qüvvəsini sınayacaq.

Rafael Abbasov (66 kiloqram) 1/4 finalda Yan Bala (Polşa) 3:2 (27:30, 30:27, 30:27, 30:27, 27:30) hesabı ilə qalib gəlib. O, yarımfinalda Zakaria Tsiklauri (Gürcüstan) ilə görüşəcək. Sərxan Haqverdiyev (70 kiloqram) 1/4 finalda Oliver Maya (Polşa) 3:2 (30:27, 29:28, 28:29, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Boksçumuz növbəti döyüşündə Dieqo Mastrorilllo (İtaliya) ilə gücünü yoxlayacaq. Teymur Tanrıverdiyev (90 kiloqram) isə 1/4 finalda Berat Yıldırımdan (Türkiyə) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, yarımfinalda Andrey Konstantinovu (Rusiya) sınağa çəkəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin