Rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim olunması məqsədilə “e-gov.az” portalı “mygov”a tam inteqrasiya olunaraq fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Belə ki, Artıq e-gov.az portalında mövcud olan bütün xidmətlər my.gov.az portalı üzərindən təqdim ediləcək.
“Bu dəyişiklik dövlət xidmətlərinin bir mərkəzdə cəmləşdirilməsini təmin etməklə yanaşı, istifadəçi təcrübəsinin təkmilləşdirilməsinə və vətəndaşların xidmətlərə daha rahat çıxışına imkan yaradacaq”, - deyə məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:44 / 10.09.2026
“E-gov.az” portalı fəaliyyətini DAYANDIRDI
Hazırda oxunan: “E-gov.az” portalı fəaliyyətini DAYANDIRDI
Hazırda oxunan: “E-gov.az” portalı fəaliyyətini DAYANDIRDI
635908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































