Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - YENİLƏNİB - FOTO/VİDEO

641308

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.
 
Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

*** 

Beyləqan rayonunda 14 nəfər qidadan zəhərlənib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Zəhərlənən şəxslər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müalicələri davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin