Amasyanın Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində 2-si ağır olmaqla 46 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, hadisə 16 iyul 2026-cı il tarixində, səhər saat 04:20 radələrində, Gümüşhacıköy-Merzifon istiqamətində, Karamağara mövqeyində baş verib.
İçərisində 75 sərnişin və 5 heyət üzvü olan ikimərtəbəli şəhərlərarası sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb.
Əraziyə çox sayda fövqəladə hallar briqadası cəlb edilib və yaralıların ətraf xəstəxanalara çatdırılması başa çatıb.
Amasya Valiliyi qəza ilə bağlı genişmiqyaslı məhkəmə istintaqının başlandığını vurğulayaraq, "Yaralı vətəndaşlarımıza şəfalar diləyirik" ifadələrini qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Region
09:37 / 16.07.2026
Amasyada sərnişin avtobusu aşdı: 46 yaralı var - VİDEO
Hazırda oxunan: Amasyada sərnişin avtobusu aşdı: 46 yaralı var - VİDEO
Hazırda oxunan: Amasyada sərnişin avtobusu aşdı: 46 yaralı var - VİDEO
625586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































