Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

Hazırda oxunan: Rusiya neft ixracında ciddi çətinliklərlə üzləşib - TƏHLİL

625409

Ukraynanın Rusiya neft infrastrukturuna endirdiyi kütləvi zərbələr ölkənin enerji sektorunda dərin böhrana səbəb olub.

Bizim.Media xəbər verir ki, "Bloomberg"in məlumatına görə, emal gücünün kəskin azalması Rusiyanı daxildə emal edə bilmədiyi xam nefti məcburi şəkildə xaricə yönəltməyə sövq edir.

Ukraynanın davamlı dron və raket hücumları nəticəsində Rusiyanın neft emalı zavodlarının (NEZ) gücü son 21 ilin minimumuna düşüb. Mütəxəssislər, infrastrukturun 20-40%-nin sıradan çıxdığını bildirirlər.

Daxili emalın azalması nəticəsində Rusiya xam nefti xaricə göndərməyə çalışır, lakin bu, artıq həm logistik problemlər, həm də satıcı tapmaq çətinlikləri ilə müşayiət olunur.
 

Tankerlərin yüklənməsi və boşaldılması üçün gözləmə müddəti həftələrlə uzanıb. Nəticədə, dənizdəki Rusiya xam neftinin həcmi təxminən 135 milyon barelə çatıb ki, bu da daşınma və alıcı tapmaqda yaranan ciddi çətinliklərdən xəbər verir.


Emalın azalması Rusiya daxilində ciddi yanacaq qıtlığı yaradıb. 50 milyona yaxın insanı əhatə edən regionlarda yanacaq satışı məhdudlaşdırılıb, qiymətlər kəskin artıb və bəzi yerlərdə yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, 2026-cı ildə Rusiya neft hasilatı əvvəlki illərlə müqayisədə azalacaq. Ukrayna hücumları Rusiyanı həm daxili yanacaq təchizatında, həm də ixrac logistikasında çarəsiz vəziyyətə salıb.

Rusiya hökuməti yanacaq qıtlığını azaltmaq üçün yanacaq keyfiyyəti standartlarını (Euro-5-dən Euro-3-ə qədər) aşağı salmaq və dizel ixracına qadağa qoymaq kimi sərt tədbirlərə əl atmağa məcbur qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin