İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

Hazırda oxunan: İran Hörmüz boğazında iki tankeri vurdu: Yaralılar arasında ukraynalılar da var

625153

"Reuters" agentliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, Hörmüz boğazında İranın qanadlı raketlərinin BƏƏ-yə məxsus iki neft tankerini vurması nəticəsində Hindistan vətəndaşı olan bir heyət üzvü həlak olub, səkkiz nəfər isə yaralanıb.

Bizim.Media xəbər verir ki, "Mombasa" və "Əl-Bahiyə" tankerləri boğazın cənub hissəsində, Omanın ərazi sularında hücuma məruz qalıb.

Həlak olan heyət üzvü "Mombasa" tankerinin göyərtəsində olub.

Səkkiz yaralıdan dördünün vəziyyəti ağırdır. Yaralananlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır.

Hər iki tankerdə yanğın baş verib, lakin sonradan yanğını nəzarət altına almaq mümkün olub.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, tankerlər dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadıqları, naviqasiya sistemlərini söndürdükləri və SEPAH-ın "minalanmış marşrut" adlandırdığı yoldan keçməyə cəhd etdikləri üçün vurulub və sıradan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin