İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

Hazırda oxunan: İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

624543

Gələn həftə ABŞ və İran arasında danışıqların keçirilməsinə hazırlıq görüldüyü barədə məlumatlar həqiqəti əks etdirmir. 

Bizim.Media xəbər verir ki, bu haqda "Fars" agentliyinə danışıqlar qrupuna yaxın olan mənbə bildirib.
 

"Danışıqların gedişatı ilə bağlı məlumatlar, hər hansı bir dəyişiklik olacağı təqdirdə, eksklüziv olaraq İslam Respublikasının rəsmi kanalları vasitəsilə yayılacaq və bəzi xarici KİV-lər tərəfindən yayılan bəyanatlar etibarlı sayıla bilməz", - deyə o qeyd edib.


Qeyd edək ki, daha əvvəl ərəb və qərb KİV-ləri tərəflər arasında ilkin danışıqların iyulun 11-i və ya 18-də İslamabadda baş tuta biləcəyini xəbər vermişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin